Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qış tətilini maraqlı keçirmək üçün əvəzolunmaz bələdçi

© Sputnik / Murad OrujovГорнолыжный курорт Шахдаг в Азербайджане
Горнолыжный курорт Шахдаг в Азербайджане - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik hər kəsi MDB və Baltikyanı ölkələrə qış səyahətinə dəvət edir

BAKI, 27 dek — Sputnik. Sputnik informasiya agentliyi və radiosu, Yeni il və Milad bayramları günlərində, MDB və Baltikyanı ölkələr üzrə multimedia bələdçilərinin qış versiyalarını hazırlayıb. "Sputnik-lə səyahət et" qış bələdçisi yaxın ölkələrin oxucularına qarlı və şaxtalı havada səyahətə çıxmaq üçün lazım olan ən maraqlı, faydalı və vacib məlumatları təqdim edir.

Sputnik-in yeni bələdçisi şəhər və qış kurortları, yarmarkaları, dağ xizəkçiliyi əraziləri üzrə ən maraqlı marşrutları barədə söz açır; yeni il əyləncələri üçün təqvimi tərtib etməyə və xərcləri hesablamağa məsləhətlər verir; qış tətillərini harada daha maraqlı və faydalı keçirməyin yollarından danışır.

Azərbaycanda qış istirahəti barədə Sputnik Azərbaycan-ın hazırladığı "Günəşli Azərbaycanda qış tətili" layihəsində ən ətraflı məlumatı əldə etmək olar.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından ölkədə fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs, və müasir multimedia mərkəzi daxildir.

Sputnik Azərbaycan, onlarla ölkədə informasiya və multimedia bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0