04:48 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
1788 0 0

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır

BAKI, 23 dek — Sputnik. Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

  • evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
  • işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
  • ağac tezalışan oyuncaqla bəzədilməməli;
  • qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

 

Bundan başqa, bayram şənliyində bunlar nəzərə alınmalıdır:

 

  • şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
  • şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
  • pəncərədə dəmir barmaqlıq olmamalı;
  • məkanın iki çıxışı olmalı;
  • ehtiyat qapı üzərində "Çıxış" sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
  • otağın qapıları mütləq bayıra açılmalı;
  • məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
  • şənlikdə işıq tam söndürülməməli;
  • şənliyə tezalışan materialdan paltar geyinilməməli;
  • məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

 

Unutmayın: Qaydalara biganəlik — həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Əlaqədar

Yarmarkada bayram əhval-ruhiyyəsi: Bakıda geri sayım başladı
ABŞ-da keçirilən bayramdan maraqlı görüntülər
İmişlidə "məhsul bayramı" keçirilib
Lənkəranda Qurban Bayramı qeyd olundu
Ölkədə ikiqat bayram sevinci yaşanır
Teqlər:
yeni il, işıq, FHN, bayram, əhali, qaz, Fövqəladə Hallar Nazirliyi, təhlükəsizlik, müraciət

Əsas mövzular