Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünyanın futbol ulduzu "Qalatasaray"a gəlir

© AFP 2023 / OZAN KOSEQalatasaray futbol komandası
Qalatasaray futbol komandası - Sputnik Azərbaycan
Abunə olmaq
Həm baş məşqçi Slaven Biliç, həm də Didier Droqbanın Qalatasaraya gəlməsi an məsələsidir.

BAKI, 22 dek — Sputnik. Hazırki baş məşqçi Yan Raykerinqin yetərsizliyi səbəbilə Qalatasaray futbol klubunun rəhbərliyi yeni məşqçi axtarışına çıxıb. Sputnik Sözcü-yə istinadən bildirir ki, rəhbərliyin əsas hədəfi hazırda İngiltərənin West Ham United klubunu çalışdıran Slaven Biliçi komandanın başına gətirməkdir.

Xəbərdə həmçinin qeyd olunur ki, Qalatasaray keçmiş oyunçusu Didier Droqbanı da kluba geri gətirmək üçün ciddi səy göstərir. Bunun üçün rəhbərliyin önəmli simaları Droqbanın formasını geyindiyi ABŞ-ın Montreal İmpact komandasının menecerləri ilə müntəzəm danışıqlar aparır. Məlumata görə, həm baş məşqçi Slaven Biliç, həm də Didier Droqbanın Qalatasaraya gəlməsi an məsələsidir.

Xəbər lenti
0