Yenə xəbərdarlıq edildi: qar, çovğun, şaxta

© Sputnik / Murad OrujovBakıda qar
Bakıda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir

BAKI, 16 dek — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər zəif duman və çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Lənkəranda ilk qar,arxiv şəkli - Sputnik Azərbaycan
Hava şəraiti ilə bağlı məktəblərdə tətil elan edildi

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 17-də bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı, intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 0-5 dərəcə şaxta olacaq.

Nazirlik əhaliyə xəbərdarlıq da edir: Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: Dekabrın 17-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyi fonunda rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Dekabrın 18-19-da meteoroloji amillərin mülayim və zəif tərəddüdü müsbət amildir.

Xəbər lenti
0