14:21 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Xəzərdə növbəti faciə (8)
106 0 0

Fövqəladə Hallar Nazirliyinin "Vixr-5" və "Vixr-8" gəmiləri artıq hadisə yerində axtarışlar aparılır

BAKI, 15 dek — Sputnik. Bu gün səhərin erkən saatlarında baş vermiş qəza nəticəsində Xəzər dənizində itkin düşənlərin axtarışlarına başlanıb. Sputnik Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirliyin "Vixr-5" və "Vixr-8" gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır.

Xatırladaq ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində saniyədə 41 metr sürətlə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə, ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan — maşinist

2. Zülfüqarov Azay — operator

3. Qurbanov Vidadi — operator

4. Həsənov Elçin — mexanik

5. Hacıəliyev Həsənağa — operator

6. Qafarov İlham — operator

7. Əsədov Samir — operator

8. Bəhrəmov Cavid — operator

9. Abbasov Ramiz — maşinist

10. Rüstəmov Qorxmaz — operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft" İB-nin rəhbərliyi hadisə yerindədir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Mövzu:
Xəzərdə növbəti faciə (8)

Əlaqədar

Xəzərin bölünməsinə dair ilk sazişimiz
Xəzər dənizində vertolyot qəzaya uğrayıb, ölənlər var
Mustafayev: Xəzər dənizində çətin bir rəqabət yaranacaq
Tehranda Xəzərin taleyi həll olunur
Xəzərdə taktiki təlimlər keçirilib
Xəzər sahilində Avropa İttifaqından olan qonşularla görüş
Teqlər:
gəmi, itkin, dəniz, Xəzər, faciə

Əsas mövzular