Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda "Karate günü" keçirilib

© Photo : karate.az"Karate günü"
Karate günü - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Karate Federasiyasının dəstəyi ilə GoSport Baku-da Olimpiya həftələri çərçivəsində "Karate günü" keçirilib.

BAKI, 10 okt-Sputnik. Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Karate Federasiyasının dəstəyi ilə GoSport Baku-da Olimpiya həftələri çərçivəsində "Karate günü" keçirilib.

Karate federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, tədbirdə federasiyanın 1-ci vitse-prezidenti Rəhman Hətəmov federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında qazanılmış nailiyyətlər barədə ətraflı məlumat verib.

Sonra "Qara Qaplan" klubunun yeniyetmə karateçiləri və kata üzrə milli komandanın idmançıları nümunəvi çıxışlar göstəriblər. 

Tədbirdə uşaqlar arasında müsabiqələr təşkil edilib, qaliblər tanınmış karateçilər tərəfindən mükafatlandırılıb.

"Karate günü" tədbirinin sonunda milli komandanın üzvləri ilə aftoqraf sessiyası təşkil olunub. Böyük maraqla qarşılanan tədbirin sonunda milli komandanın üzvlərinə qiymətli hədiyyələr verilib.

Xəbər lenti
0