17:36 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
2201

Bakıda keçirilən taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi idmançılarımız üçün kədərli sonluqla bitib

BAKI, 10 dek-Sputnik. Paytaxt Bakıda keçirilən taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi davam edir. Sputnik xəbər verir ki, final mərhələsinin ikinci günündə 4 çəkidə ən güclülər müəyyən olunacaq.

68, +80 kilo çəkidə kişi, 57 kilo çəkidə isə qadın idmançılarımız özünü sınayıb.

Tatamiyə ilk çıxan olimpiya çempionumuz Radik İsayev bu dəfə taekvando sevərlərə sevincli anlar bəxş etməyib. Belə ki, o, rusiyalı rəqibi Roman Kuznetsova uduzub. Roman Kuznetsovla qarşılaşmada 3:0 hesablı ilə idmançımız məğlub olaraq yarışmanı dayandırıb.

68 kilo dərəcəsində dünya reytinqində 12-ci yerdə qərarlaşan Ayxan Tağızadə ilk qarşılaşmasında cənubi koreyalı Seok-Bae Kimlə üz-üzə gəlib. Bu dəfə də taekvandoçumuz məğlubiyyətlə üzləşib. Ayxan Tağızadə 3:9 hesabı ilə koreyalı idmançıya uduzaraq, mübarizəni dayandırıb.

57 kilo çəki dərəcəsində qadın taekvondoçuların mübarizəsində Azərbaycanı təmsil edən Yaprak Eriş 1/8 finalda misirli Hedaya Malakla qarşılaşıb. Döyüş rəqibin üstünlüyü ilə keçib və idmançımız 2:14 hesabı ilə məğlub olub.

Beləliklə, yarışa 5 idmançı ilə qatılan millimiz turniri 1 qızıl medalla bitirib. Turnirin ilk günündə Milad Beiqi Harçeqani (80 kq) çıxışını çempionluqla başa vurub.

Əlaqədar

Lənkəran Taekvondo və Yunan-roma güləş məktəblərinin 22 illiyi qeyd edilib
Radik İsayevə Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü təyin edilib
Olimpiya çempionu 4 milyon manatlıq villa aldı
Olimpiya oyunlarında daha bir qeyri-adi olay
Teqlər:
Radik İsayev, taekvondo, olimpiya çempionu, Qran-pri

Əsas mövzular