13:13 25 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
18 0 0

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-180, Kiçik Qafqazın çaylarında 160-220, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir

BAKI, 9 dek — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-180, Kiçik Qafqazın çaylarında 160-220, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsi
© Photo : eco.gov.az

Tranzit çaylarda hazırki vəziyyət

Dekabrın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 183 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 172 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 64 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Dekabrın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 2, Salyanda 3, Bankədə 12 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 448 sm (2015-ci il dekabrın 09-da 449 sm), Salyanda 314 sm (2015-ci il dekabrın 09-da 267 sm), Bankədə 235 sm (2015-ci il dekabrın 09-da 229 sm), Araz çayının Novruzlu məntəqəsində isə 165 sm (2015-ci il dekabrın 09-da 185 sm) təşkil edir.

Əlaqədar

Çaylarda daşqın ehtimalına dair rəsmi açıqlama verildi
Çaylardakı mövcud vəziyyət açıqlandı
Azərbaycan çaylarında çirklənmə yüksək həddədir
ETSN: Kür və Araz çaylarındakı çirklənmə normadan dəfələrlə artıqdır
Kür və Araz çaylarında çirklənmə normadan dəfələrlə artıqdır
Azərbaycan çaylarında suyun səviyyəsi azalıb
Teqlər:
Araz, Kür, səviyyə, su, çay

Əsas mövzular

  • Tibbi maskada olan qızlar hava limanında, arxiv şəkli

    Təhlükəli olsa da, Azərbaycanla İran arasında sərnişindaşıma davam edir. Bakı-Ərdəbil reysi üzrə həftədə üç dəfə olmaqla İrana sərnişin daşınır. Bakı-Təbriz reysi üzrə isə sərnişinlər hər gün daşınır

    306
  • Təhsil Nazirliyinin binası, arxiv şəkli

    Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədovun imzaladığı sənəddə qeyd edilir ki, yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrin sanitar epidemioloji vəziyyətə həssas yanaşma tələb edir

    1125
  • Su çərşənbəsi

    Bu il martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək

    21