05:57 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
16 0 0

Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

BAKI, 9 dek — Sputnik. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanı qəbul edib. Komitənin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, M. Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir və bütün dini konfessiyalar qanun qarşısında bərabər hüquqlara malikdirlər.

"Azərbaycan tolerant və multikultural dəyərləri ilə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan dövləti tərəfindən dini icmalara fəaliyyət göstərmələri üçün maliyyə yardımı ayrılır", — sədr bildirib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Azərbaycanın güclü tolerantlıq ənənələrinə malik olduğunu və hazırda narahat dünyada bunun böyük önəm daşıdığını bildirib. O qeyd edib ki, təmsil etdiyi ölkə Azərbaycanla münasibətlərinə önəm verir və bu münasibətlərin inkişafına çalışır.

DQİDK sədri ABŞ-ın yeni administrasiyası ilə Azərbaycan hökuməti arasında yüksək səviyyəli əlaqələrin qurulacağına və bunun hər iki dövlətin mənafeyinə xidmət edəcəyinə əmin olduğunu bildirib. Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov və şöbə müdirləri iştirak edib.

Əlaqədar

Masallıda qanunazidd dini ədəbiyyatın aşkarlanması üzrə reyd keçirilib
Dini fanatizm əməllərinə görə cəza sərtləşdi
"Bu hüquq və azadlıqlar dini dövlətlərdə mövcud deyil"
Bakıda dini sekta üzvü olan qadından tükürpədici əməl
Roma Papası: Azərbaycanda dini azadlıqlar tam təmin edilib
Teqlər:
DQİDK, Mübariz Qurbanlı, din, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Robert Sekuta, səfir

Əsas mövzular