08:51 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
20 0 0

Maşın-mexanizmlər vasitəsilə yollara duz-qum qarışı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub

BAKI, 9 dek — Sputnik. "Azəravtoyol" ASC-nin balansında olan, Bakı şəhərinin küçə və prospektlərində, həmçinin Respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

"Gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, o cümlədən Respublikanın dağlıq ərazilərindən keçən avtomobil yollarında buzlaşma qeydə alınıb. Nəticədə hərəkətdə müəyyən çətinliklər yaşanıb. Lakin ərazilərə cəlb olunmuş maşın-mexanizmlər vasitəsilə yollara duz-qum qarışı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub", — Nəcəfli bildirib.

O, qeyd edib ki, bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi, sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb.

Əlaqədar

Yol polisindən sürücülərə və piyadalara xəbərdarlıq
Bakıda yollara duz səpiləcək
Paytaxt yollarında güclü tıxac yaranıb
Yollar buz bağlayacaq
Yolların təmiri ilə bağlı külli miqdarda "yeyinti" üzə çıxdı
Aeroport yolu bağlanır
Teqlər:
Anar Nəcəfli, küçə, yol, Respublika, Bakı, "Azəravtoyol" ASC

Əsas mövzular