CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yollara duz səpiləcək

Abunə olmaq
Axşam saatlarından başlayaraq küçələrdə buzlaşmanın yaranacağı gözlənilir

BAKI, 8 dek — Sputnik. Hal-hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Bakıda qar - Sputnik Azərbaycan
Yollar buz bağlayacaq

"Buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir. Bunun üçün texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir", — ASC sözçüsü bildirib.

Nəcəflinin sözlərinə görə, hazırda 20 Yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur: "Tıxacın yaranmasına səbəb sürücülərimizin hazırlıqsız olması, sovet istehsalı maşınlarla yola çıxmaları və ən əsası avtonəqliyyat vasitələrinin yay şinləri ilə idarə edilməsidir".

"Nəticədə avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə idarə olunan avtomobillərin hərəkətində hər-hansı problem yoxdur. Yollar buzlaşdıqda, qarla örtüldükdə bizim texnikalarımız yollara duz-qum qarışı səpməyə, yolların qardan təmizləməsinə başlayacaq. Bunun üçün bütün texnikalar hazır vəziyyətdədir", — o, əlavə edib.

Xəbər lenti
0