Yeni daxili işlər naziri bəlli oldu

© REUTERS / Charles PlatiauBruno Le Ru
Bruno Le Ru - Sputnik Azərbaycan
Abunə olmaq
Manuel Valsın baş nazir postundan istefa verməsindən sonra DİN başçısı Bernar Kaznöv onun yerinə təyin edilib.

BAKI, 6 dek — Sputnik. Fransanın yeni daxili işlər naziri bəlli olub.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu vəzifəyə Bruno Le Ru gətirilib.

Prezident Fransua Olland Bruno Le Ru-nun vəzifəyə başlaması üçün müvafiq sənədi imzalayıb.

Xatırladaq ki, gələn ilin mayında keçiriləcək prezident seçkiləri üçün namizədliyini açıqlayan Manuel Valsın baş nazir postundan istefa verməsindən sonra DİN başçısı Bernar Kaznöv onun yerinə təyin edilib.

Xəbər lenti
0