Sabah 5 dərəcə şaxta olacaq

© Sputnik / Shahperi AbbasovaŞaxta
Şaxta - Sputnik Azərbaycan
Abunə olmaq
hava şəraitinin, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 6 dek — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Bakıda qar - Sputnik Azərbaycan
Diqqət: ölkə ərazisindəki faktiki hava şəraiti açıqlandı

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 07-də hava şəraitinin, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.

Xəbər lenti
0