06:10 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
Büdcə müzakirələri (21)
30 0 0

Milli Məclisin plenar iclasında büdcə müzakirələri başlayıb

BAKI, 6 dek — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyində 6 məsələ var.

İclasda "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq. Həmçinin, Milli Məclisin 2017-ci il üçün xərclər smetasına, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasına baxılacaq.

Qeyd edək ki, gündəlikdə duran məsələlərin müzakirəsi Milli Məclisin dekabrın 7-də, 8-də keçirəcəyi plenar iclaslarda da davam etdiriləcək.

Mövzu:
Büdcə müzakirələri (21)

Əlaqədar

Büdcə müzakirələri başa çatdı
Məhdud büdcə ilə sosialyönümlü xərcləri artırmaq...
Büdcə müzakirələri davam edir
Hökumət büdcənin icrasında problemlər olacağını istisna etmir
Gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarıldı
Gələn ilin büdcəsində 650 milyon manatlıq kəsir olacaq
Teqlər:
Milli Məclis, plenar iclas, büdcə, müzakirə, gündəlik

Əsas mövzular