01:53 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
50 0 0

Giorgi Kvirikaşvili: "Qondarma Abxaziya və Cənubi Osetiya respublikalarının yeni müstəqil dövlətlər kimi mövcudluğu yolverilməzdir."

BAKI, 2 noy-Sputnik. Gürcüstan Rusiyanın qarşılıqlı münasibətləri normallaşdırmaq istəyinə müsbət baxır.

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu Gürcüstan hökumətinin mətbuat xidməti bildirib.

Məlumatda qeyd edilib ki, baş nazir Giorgi Kvirikaşvili NATO baş katibi Jens Stoltenberq ilə Brüsseldə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında Rusiya Federasiyasının Gürcüstanla münasibətlərin normallaşdırması marağını alqışlayıb.

Kvirikaşvili çıxışında tərəflərin münasibətinin normallaşdırılmasında bir neçə reallığın müzakirəsinə ehtiyac olduğunu bildirib:

"Bir tərəfdən münasibətlərin qarşılıqlı normallaşdırılması bildirilir və biz bu fikirlə razıyıq. Amma digər tərəfdən Gürcüstanda yeni reallıq var və xalqımız və hökumət qondarma Abxaziya və Cənubi Osetiya respublikalarının yeni müstəqil dövlətlər kimi mövcudluğu yolverilməzdir. Belə ki, Rusiya ilə Gürcüstan arasında ikitərəfli münasibətlər beynəlxalq aləmin tanıdığı milli sərhədlərin ərazi bütövlüyü əsasında və gürcü xalqının suveren qərarları əsasında olmalıdır. Qərar tamamilə aydın və başa düşüləndir."

Əlaqədar

38 yaşlı professor Gürcüstan parlamentinin sədri oldu
NATO-Gürcüstan birgə hərbi təliminə Rusiyadan sərt reaksiya
Politoloq: Gürcüstan yenə də Qərblə Şərq arasında qalıb
Teqlər:
Osetiya, Abxaziya, NATO, Jens Stoltenberq, Giorgi Kvirikaşvili, Rusiya, Gürcüstan

Əsas mövzular