Səfir Bakı Şəhər Halqasının rəhbərliyi ilə görüşüb

© Sputnik / Tarana KhudabakhshiyevaAzərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Bakı Şəhər Halqasının rəhbərliyi ilə görüşdə
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Bakı Şəhər Halqasının rəhbərliyi ilə görüşdə - Sputnik Azərbaycan
Abunə olmaq
Şükürov BƏƏ-də yaşayan həmyerlilərimiz barədə məlumat verib

BAKI, 28 noy — Sputnik. Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Bakı Şəhər Halqasının (BŞH) rəhbərliyi ilə görüşüb. Sputnik xəbər verir ki, Əbu-Dabidə baş tutan görüşdə "Formula-1" yarışı ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Şükürov öncə BƏƏ və burada yaşayan həmyerlilərimiz barədə məlumat verib. Ardınca Əbu-Dabidə Yas Marina trekindən söz açan səfir bildirib ki, yerli əhali arasında "Formula-1"ə xüsusi maraq var. O, həmçinin yarışın təsnifat mərhələsini izlədiyini və təşkilatçılığın yüksək səviyyədə olduğunu da bildirib.

© Sputnik / Tarana KhudabakhshiyevaSəfir Daşqın Şikarov
Səfir Daşqın Şikarov - Sputnik Azərbaycan
Səfir Daşqın Şikarov

Görüşdə iştirak edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov diqqət üçün səfirə minnətdarlığını bildirib. O, qeyd edib ki, Bakıda keçirilən Avropa Qran-prisi artıq "Formula-1" ailəsində özünə lazımı yer edib və yarış ildən-ilə daha yüksək səviyyədə təşkil olunacaq. Rəhimovun sözlərinə görə, 21 mərhələdən birinin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada tanınmasına, həmçinin paytaxtımıza turistlərin gəlişinin artmasına hesablanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə Avropa Qran-prisinin digər mərhələlərdən geri qalmadığını vurğulayıb. O bildirib ki, paytaxtımızda baş tutan yarış özünəməxsusluğu ilə seçilib və ilk dəfədən maraqla qarşılanıb. Yarışın dünya mətbuatında geniş işıqlandırıldığını açıqlayan Apadarai turnirin Azərbaycan üçün faydalarından da söhbət açıb. Onun sözlərinə görə, "Formula-1" ölkəmizdə tezliklə ən çox sevilən idman növlərindən birinə çevriləcək.

Sonda BƏƏ-də yarışın təbliğatı, həmçinin bu ölkənin vətəndaşlarının Bakı trekini izləməsi üçün atılacaq addımlar müzakirə edilib. Qərara alınıb ki, yarış öncəsi səfirlikdə baş tutacaq görüşlərdə Azərbaycan Qran-prisinin təbliğatı da aparılsın.

Xəbər lenti
0