Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEC-in Vyana görüşü ləğv edildi

© REUTERS / Ramzi BoudinaЭмблема лого на неформальной встрече стран-членов ОПЕК в Алжире
Эмблема лого на неформальной встрече стран-членов ОПЕК  в Алжире - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanı OPEC ölkələri öz aralarında neft hasilatına dair razılığa gəlmədiyi halda görüşün keçirilməsini mənasız hesab edir.

BAKI, 25 noy-Sputnik. Vyanada OPEC-in kartelinə daxil olmayan ölkələrlə nəzərdə tutulan görüş baş tutmayacaq.

Sputnik APA-ya istinadla xəbər verir ki, bu barədə "Bloomberq" agentliyinə məlumatlı mənbə bildirib.

Noyabrın 30-a təyin edilən sammit Səudiyyə Ərəbistanının görüşdən imtina etməsi ilə bağlı ləğv edilib.

Məlumata görə, Səudiyyə Ərəbistanı OPEC ölkələri öz aralarında neft hasilatına dair razılığa gəlmədiyi halda görüşün keçirilməsini mənasız hesab edir.

Qeyd edək ki, sentyabrın sonunda OPEC-in Əlcəzairdə keçirdiyi qeyri-formal görüşündə neft hasilatının gündəlik 32,5-33 milyon barel səviyyəsində məhdudlaşdırılması barədə razılığa gəlinib. Bununla bağlı yekun qərarın Vyana görüşündə verilməsi gözlənilirdi.

Xəbər lenti
0