09:44 25 Fevral 2018
Canlı yayım
Avtomobil

Ən ucuz avtomobillərin istehsalına başlanır

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
56820

Gələn il bazarımız Çin "CİP"-ləri və ucuz Koreya maşınları ilə dolacaq

BAKI, 24 noy — Sputnik. Cənubi Koreyanın məşhur avtomobil şirkəti ola KIA, xüsusilə Çin bazarı üçün yeni model avtomobil hazırlayır. Hələlik, yalnız o məlumdur ki, yeni "Kia Rio" buraxılışı bu modeldən olan sonuncu nəsildən xeyli ucuz olacaq.

Sputnik xarici mediaya istinadla xəbər verir ki, yeni qənaətcil modelin rəsmi anonsu gələn ilin ortalarında veriləcək. Onda maşınla bağlı detallı məlumatlar açıqlanacaq.

2017-ci ildə Çinin avtomobil bazarı yolsuzluq avtomobilləri ilə dolacaq. Hazırda gələcək yeni modellər üzərində iş gedir. Bunu nəzərə alan Koreya şirkətinin başbilənləri düşünüblər ki, Çin bazarına daha ucuz başa gələn qənaətli avtomobillər göndərmək lazımdır.

Məlumatlara görə, KİA-nın bir sıra xarici görünüşü dəyişmiş qənaətcil modelləri Rusiya və digər MDB ölkələrində peyda olacaq. Onunla rəqabətə bir də daha ucuz Çin maşınları çıxacaq. Rusiyada fəaliyyət göstərən Çin və Koreyanın avtomobil şirkətlərinin rəsmi distributorları bildiriblər ki, Çin MDB məkanına analoqlarından daha ucuz olan yolsuzluq avtomobillərini, Koreya isə qənaətli modellərini göndərəcək.

Əlaqədar

Dünyada yeganə qəsəbə: hökumət yox, vergi yox, avtomobil yox
Avtomobilin mühərriki alışdı
Ölünün avtomobili polis şöbəsinin həyətindən "yoxa çıxıb"
Azərbaycan-İran birgə avtomobilinin bazara çıxacağı tarix açıqlandı
Azərbaycanda avtomobil sahibi olmağın belə dərdi də varmış
Teqlər:
ucuz, maşın, Çin, KIA, avtomobil, Cənubi Koreya

Əsas mövzular