CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhaliyə xəbərdarlıq edildi: yollar buz bağlayacaq

Abunə olmaq
Havanın minimal temperaturu noyabrın 23-24-də 0-4 dərəcə şaxta təşkil edəcək. Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.

BAKI, 22 noy — Sputnik. Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. Sputnik xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlıqda bildirilir.

Havanın minimal temperaturu noyabrın 23-24-də 0-4 dərəcə şaxta təşkil edəcək. Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin noyabrın 24-dək davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Xəbər lenti
0