Sabaha gözlənilən hava şəraitinə diqqət edin

© Photo : Shahperi AbbasovaQaxda qar
Qaxda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Hava şəraitinin əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, duman olacağı gözlənilir

BAKI, 22 noy — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda qar - Sputnik Azərbaycan
Bakıya qar yağacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan xeyli yüksək 781 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 23-də hava şəraitinin əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.

Xəbər lenti
0