09:02 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Bakıda yağış

Sabahkı hava şəraiti səhhətinizdə problem yarada bilər

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
479201

Bəzi dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

BAKI, 17 noy — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 18-də arabir yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 18-də duman olacağı, arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: Noyabrın 17-si axşamdan 20-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda rütubətli və tutqun hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Əlaqədar

Hava şəraiti dəyişir
Çiskinli hava yaxınlaşır
Yağmursuz hava şəraiti gözlənilir
Sabahın hava proqnozu açıqlandı
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Teqlər:
soyuq, isti, temperatur, bulud, külək, yağış, hava

Əsas mövzular