Azərbaycanlı professorun kitabı Çin dilində nəşr olunub

© Photo : Şəxsi arxivindənAzərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov
Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi" adlı kitabı Çin dilində də işıq üzü görüb

BAKI, 11 noy — Sputnik. Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi" adlı kitabı elm adamları arasında geniş maraq doğurduğundan, Çin hüquqşunaslarının təşəbbusu ilə Pekin şəhərində də çap olunub. Sputnik xəbər verir ki, Çin dilinə tərcümə olunmuş bu kitab təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də oxucular tərəfindən maraqla qarşılanıb.

Nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən hər kəs yararlana bilər.

Xatırladaq ki, professor İlham Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi" adlı kitabı türk, ingilis, italyan, yəhudi və bolqar dillərində də çap olunub.

Xəbər lenti
0