Almaniya Türkiyəni görün nə ilə hədələdi?

© REUTERS / Francois LenoirAlmaniya kansleri Angela Merkel
Almaniya kansleri Angela Merkel - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən gecə Türkiyədə HDP partiyasının iki həmsədri və bu partiyadan olan 11 millət vəkili həbs edilib.

BAKI, 4 noy — Sputnik. Türkiyənin Almaniyadakı məsləhətçisi təcili olaraq bu ölkənin Xarici İşlər nazirliyinə çağırılıb. Buna səbəb Türkiyədə Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkillərinin polis gücü ilə məhkəməyə aparılmasıdır.

Sputnik xəbər verir ki, Almaniya Xarici İşlər nazirliyindən verilən açıqlamada bildirilir ki, HDP-li siyasətçilərin həbsi iki ölkə arasındakı vəziyyəti gərginləşdirəcək.

"Heç kim Türkiyənin terrorla mübarizə haqqına bir söz demir, lakin bu, müxalifəti susdurmaq və hətta həbsxanaya göndərmək üçün bəhanə ola bilməz", — Almaniya XİN-in bəyanatında qeyd olunur.

Xatırladaq ki, dünən gecə Türkiyədə HDP partiyasının iki həmsədri və bu partiyadan olan 11 millət vəkili həbs edilib.

Xəbər lenti
0