Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkiyədə dollar bütün zamanların rekordunu qırdı

© AFP 2023 / OZAN KOSEİstanbulda valyutadəyişmə məntəqəsi, arxiv şəkli
İstanbulda valyutadəyişmə məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
USD/TL həftənin son əməliyyat günündə 3.1310 səviyyəsinə yüksələrək bütün zamanların rekordunu qırıb.

BAKI, 4 noy-Sputnik. Türkiyədə USD/TL həftənin son əməliyyat günündə 3.1310 səviyyəsinə yüksələrək bütün zamanların rekordunu qırıb.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, ötən günü 3.11 səviyyəsində tamamlayan dollar Türkiyə daxilində baş verən hadisələrdən sonra sərt şəkildə yüksəlib.

Belə ki, Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunublar. HDP-dən olan bir sıra deputat da həbs edilib.

Səhər saatlarında Diyarbəkirin mərkəz Bağlar Mahalında böyük bir partlayışın baş verdiyi yönündəki xəbər də daxildə artan təzyiqə təsir edib.

USD/TL gün ərzindəki əməliyyatlarda 08:27-də ən yüksək 3.1369-u nisbətini göstərib.

Xəbər lenti
0