10:38 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Bərdədə ailənin 14-cü övladı doğulub

Bərdədə son illərin möcüzəsi baş verib

© Foto : APA IA
XƏBƏRLƏR
Qısa URL
29910

Çoxuşaqlı ata: 13-cü uşaq doğulanda...bizi utandırdılar.

BAKI, 31 okt-Sputnik. Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.

Sputnik APA-ya istinadla xəbər verir ki, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu mətbuatdan gizli saxlayıb.

Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: "13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum-əqrəbanın, dost-tanışın yanında utandırdılar".

Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.

Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.

  • Balaca Günay
    Balaca Günay
    © Foto : APA IA
  • Tünzalə İsgəndərova
    Tünzalə İsgəndərova
    © Foto : APA IA
  • Taleh İsgəndər
    Taleh İsgəndər
    © Foto : APA IA
1 / 3
© Foto : APA IA
Balaca Günay

Qeyd edək ki, son illərdə Azərbaycanda bu qədər uşağı olan ailələrin sayı son dərəcə azalıb. Mütəxəssislər hazırkı sosial-iqtisadi şərtlər daxilində gənc bir ailədə 14 uşağın olmasını möcüzə kimi qiymətləndirirlər.

Əlaqədar

Azərbaycanda çoxuşaqlı anaların 8810 uşağına sosial müavinət verilir
Teqlər:
Cəyirli kəndi, Bərdə

Əsas mövzular