Millət vəkili: “Mossad” öz dostlarına heç vaxt xəyanət etməz

© Photo : ShearimMossad
Mossad - Sputnik Azərbaycan
Abunə olmaq
Yevda Abramov: Bu gün “Mossad” Azərbaycanın xüsusi xidmət orqanları ilə çox yüksək səviyyədə əməkdaşlıq edir.

BAKI, 31 okt-Sputnik. Milli Məclisin yəhidi əsilli deputatı Yevda Abramov Azərbaycanın burada keçirilən beynəlxalq səviyyəli tədbirlərdə, idman oyunlarında təhlükəsizliyin təmin olunmasında İsrailin “Mossad” təşkilatı ilə əməkdaşlıq etdiyini təsdiqləyib.  

Sputnik-in məlumatına görə, modern.az-da müsahibəsində millət vəkili deyib ki, İsrail bu gün müttəfiq və dost olduğu ölkələrə özünün təhlükəsizlik xidmətlərini təklif edir. 

“Bu gün “Mossad” Azərbaycanın xüsusi xidmət orqanları ilə çox yüksək səviyyədə əməkdaşlıq edir. Bu əvvəl də belə olub, indi də belədir.” – deyə deputat bildirib.

“Qaradağdakı transformatordan yazan və İsraili hər zaman hədəfə alan, antiisrail yazılarla çıxış edən Azərbaycandakı bəzi jurnalistlər, KİV-lər” “Mossad”ın həmin xidmətlərini görməyiblər. 

Həcc ziyarəti - Sputnik Azərbaycan
Həcc ziyarətinin təhlükəsizliyi yəhudilərə həvalə olundu

Abramov onu da deyib ki, “Mossad”ın Azərbaycanla əldə etdiyi razılığı pozması mümkün deyil. 

““Mossad” öz dostlarına heç vaxt xəyanət etməz. Hansı dövlət özünün xidmət göstərdiyi dostunu itirmək istəyər? Bu gün Azərbaycanı İsraildə ən yüksək dairələrdə qəbul edirlər. Ən yaxşı dostlarımız İsraildə ən yüksək vəzifələrdə təmsil olunurlar. Məsələn, Aviqdor Liberman. Mənim dostum, vaxtilə Knessetin deputatı, sonra xarici işlər naziri olmuş Liberman bu gün ən strateji və mühüm post olan müdafiə naziri vəzifəsindədir. Aviqdor Liberman Azərbaycanı çox sevir. O, deputat, xarici işlər naziri olanda dəfələrlə Azərbaycana səfər edib. Cənab prezident İlham Əliyevlə, parlamentin spikeri Oqtay Əsədovla da görüşüb.” – deyə Abramov bildirib.  

Rusiya Prezidenti Administrasiyasının keçmiş rəhbəri Sergey İvanov - Sputnik Azərbaycan
RUSİYA
Prezidentin nümayəndəsi: "Dövlət Təhlükəsizliyi Nazirliyinə ehtiyac yoxdur"

Deputat Ermənistanın Rusiyadan aldığı “İsgəndər-E” uazqvuran raketi ilə bağlı verdiyi açıqlamanın Ermənistanda ajiotaj yaratması məsələsinə də aydınlıq gətirib:

“Azərbaycan mediasına açıqlama vermişdim ki, Ermənistanın “İsgəndər-E” raketinə sahib olması hələ heç nəyi dəyişə bilməz. Azərbaycan  İsraildən “İsgəndər-E” raketindən də güclü raketlər, komplekslər alacaq. Ermənistanın müdafiə naziri dedi ki, Azərbaycanda yəhudi əsilli deputat bütün Ermənistanı lərzəyə saldı. Bircə cümlə demişdim e. Bunu deməyə haqqım var. Çünki İsrailin indiki müdafiə naziri, vaxtı ilə parlamentlərarası dostluq qurupunda işləmiş, keçmiş sovet vətəndaşı, rusdilli yəhudi Aviqdor Libermandır. O bizim dostumuzdur. Mən İsraildə Libermanla çox sərbəst danışıram. Aramız da açıqdır. Azərbaycanın apardığı siyasətin özü də ona imkan verir ki, İsrail dövləti ona daha yaxın olsun. Çünki regionda dövlətlərimizin oxşar maraqları və cəhətləri var. 25 ildir ki, bizim Dağlıq Qarabağ məsələsi, 40 ildən də çoxdur ki, Fələstin problemi öz həllini tapmır. Bu münaqişələrin həll olunmamasına əsas səbəb odur ki, kənardan ciddi müdaxilə edənlər var. Çünki münaqişələrin həllinə yaxınlaşdıqca, böyük supergüc dövlətlər bu prosesə maneçilik törədirlər.”

Xəbər lenti
0