10:08 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8943
XƏBƏRLƏR

Milli Məclisin növbəti plenar iclası başlayıb

XƏBƏRLƏR
Qısa URL
3801

Parlamentin bu gün keçirilən iclasının gündəliyinə 30 məsələ daxil edilib

BAKI, 14 okt — Sputnik. Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 30 məsələ daxil edilib.

İclasda "Korrupsiyaya qarşı mübarizə haqqında","Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Təhsil haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Mülki Prosessual, Əmək, Vergi, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrində dəyişikliklərə baxılacaq. İclasda "Reklam haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət borcu haqqında", "Dövlət rüsumu haqqında", "Büdcə sistemi haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Dövlət qulluğu haqqında" qanunlarda dəyişikliklər müzakirə olunacaq.

Bundan başqa, Azərbaycan Respublikasının "Şücaətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Yol hərəkəti haqqında", "Dərman vasitələri haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

Əlaqədar

Milli Məclisin payız sessiyasının ilk plenar iclası başladı
Milli Məclisin sədri Fransa-Qafqaz Dostluq qrupunun sədri ilə görüşüb
Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin səlahiyyət müddəti 5 ildən az ola bilər
Milli Məclisə təkrar seçkilərin nəticələri təsdiqləndi
Milli Məclisin növbədənkənar plenar iclası keçirilir
Milli Məclisin yeni deputatının adı açıqlandı
Teqlər:
gündəlik, parlament, plenar iclas, sessiya, Milli Məclis

Əsas mövzular