CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FED-in protokolları açıqlandı, dollar gücləndi

© AFP 2023 / Karen BLEIERABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın zamanda uçot dərəcəsinin artırılacağı bildirilir

BAKI, 13 okt — Sputnik. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) sentyabr ayında keçirilən iclasının protokolları açıqlanıb. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, protokollara görə, FED-in bəzi üzvləri ABŞ iqtisadiyyatının güclənməyə davam edəcəyi təqdirdə, faiz artımının nisbi olaraq yaxın zamanda artırılacağını bildirib.

Mərkəzi Bank - Sputnik Azərbaycan
Bu günə olan rəsmi valyuta məzənnələri

Lakin faiz artımının nə zaman baş verəcəyi ilə bağlı FED üzvləri arasında fikir ayrılığı yaranıb. 17 üzvdən əksəriyyət bu il bir dəfə uçot dərəcəsinin qaldırılacağını proqnozlaşdırıb. Sentyabr iclasında üç FED üzvü faiz artırılmasının əleyhinə çıxış edib və 2011-ci ildən bəri ilk dəfə bu qədər sayda üzv uçot dərəcəsinin qaldırılmasının əleyhinə səs verib.

Çikaqo Universitetinin professoru Randall Krpszner bloomberg-ə açıqlamasında deyib ki, bu ilin sonunadək uçot dərəcəsinin qaldırılması ehtimalı çox yüksəkdir: "Fövqəladə hadisə baş verməsə, dekabr ayında faiz artırılacaq".

Bu arada dollar beynəlxalq bazarlarda FOMC-nin sentyabr iclasının protokollarının açıqlanmasından sonra güclənib. ABŞ valyutasının 10 mühüm pul qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi 0.2 faiz qalxıb.

Xəbər lenti
0