18:35 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
XƏBƏRLƏR
Qısa URL
11010

"Fərqlənmə nişanı" almadan taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslər barəsində tədbirlər görüləcək

BAKI, 12 okt — Sputnik. Bakı Nəqliyyat Agentliyi taksi sürücülərinə xəbərdarlıq edib. Agentlikdən Trend-ə verilən məlumata görə, "Fərqlənmə nişanı" almadan taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslər barəsində Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən qanunla tədbirlər görüləcək.

Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər tərəfindən "Fərqlənmə nişanı" almaq üçün vergi istənilən bankda ödənilə bilər. Vergi ödənildikdən sonra "Fərqlənmə nişanı" Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin inzibati binasında təqdim edilir.

Əlaqədar

Taksi sürücülərinə bəd xəbər
Taksi sürücülərinə yeni xəbər
Dünyada ilk dəfə sürücüsüz taksilər fəaliyyətə başladı
Taksi sürən, al-ver edən, suvaq vuran ziyalılar
Paytaxtdakı taksi və avtobuslarla bağlı monitorinq aparılacaq
Teqlər:
"Fərqlənmə nişanı", xəbərdarlıq, Bakı Nəqliyyat Agentliyi, taksi, sürücü

Əsas mövzular