Gürcüstanda keçirilən parlament seçkisində kütləvi dava baş verib

© Sputnik/ Alexander ImedashviliЗдание МВД Грузии
Здание МВД Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Seçki məntəqəsində hakim "Gürcü arzusu" və müxalif "Vahid Milli Hərəkat" partiyalarının 200-dək tərəfdarı dalaşıb.

BAKI, 8 okt-Sputnik. Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma baş verib.

Sputnik Gürcüstan-ın verdiyi xəbərə görə, insident hakim "Gürcü arzusu" partiyası və müxalif "Vahid Milli Hərəkat" partiyasının tərəfdarları arasında olub.

Marneuli rayonunun Qızıl Hacılı kənd məktəbində yerləşən 48 nömrəli seçki məntəqəsinə 100-dək dəyənəklərlə silahlanmış namılum şəxs hücum edib. Hücumçular məntəqəni daşa basaraq seçki qutularını aparmağa cəhd ediblər.

Nəticədə hücum edənlərlə "Vahid Milli Hərəkat" partiyasının tərəfdarları arasında əlbəyaxa dava başlayıb.

Kütləvi davada 200-dək şəxs iştirak edib. Xeyli adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə xüsusi təyinatlılar və polis əməkdaşları, həmçinin həkim briqadaları cəlb olunub.

Qarşıdurmanın qarşısını almağa çalışan bir neçə polis əməkdaşının da xəsarət aldığı bildirilir.

Polis vəziyyəti nəzarətə götürməyə müvəffəq olub.

Qeyd edək ki, baş vermiş davaya görə "Gürcü arzusu" partiyası "Vahid Milli Hərəkat" partiyasının namizədi Agməmməd İmamquliyevi və onun tərəfdarlarını günahlandırıb. 

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.

Xəbər lenti
0