02:49 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
4101

Ucar, Şabran, Lerik, Goranboy, Ağdaş və İsmayıllıda vətəndaşlara səyyar formada xidmət göstəriləcək

BAKI, 4 okt — Sputnik. Səyyar ASAN xidmət 4 — 18 oktyabr Ucar, Şabran və Lerikdə, 4 oktyabr — 2 noyabr tarixlərində isə Goranboy, Ağdaş və İsmayıllıda vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:


• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Əlaqədar

Səyyar ASAN Sulutəpədə olacaq
"ASAN Xidmət"dən daha bir yenilik
ASAN Xidmət Mingəçevirdə
Səyyar ASAN 4 rayonu dolaşacaq
ASAN Xidmət Kürdəxanıya gedir
Səyyar ASAN xidmət Qaxda
Səyyar ASAN xidmət Nardaranda
Teqlər:
səfər, səyyar, xidmət, ASAN Xidmət, Səyyar ASAN, Səyyar ASAN xidmət

Əsas mövzular