01:22 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Заседание Совета безопасности ООН. Архивное фото

BMT TŞ-da sədrlik Rusiyaya keçib

© REUTERS / Mike Segar
XƏBƏRLƏR
Qısa URL
11 0 0

BMT TŞ-yə sədrlik 15 üzv arasından əlifba sırası ilə müəyyənləşir. Sədrlik 1 ay çəkir.

BAKI, 1 okt — Sputnik. BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik oktyabrın 1-də Rusiyaya keçib.

Rusiya sədrliyi Yeni Zelandiyadan təhvil alıb və noyabrın 1-də Seneqala verəcək.  

Rusiyanın TŞ sədri olacağı oktyabr ayı ərzində 20-dək iclasın keçirilməsi gözlənilir. İlk iclas oktyabrın 3-də olacaq.  

Oktyabr ayı ərzində BMT TŞ-nın iclaslarının əsas gündəliyi də açıqlanıb. Rusiyanın sədrliyi dövründə BMT TŞ-də Afrikadakı münaqişələr, həmçinin Yaxın Şərqdəki vəziyyət — Suriya, Livan, Yəməndəki durum əsas müzakirə mövzusu olacaq.

Rusiyanın sədrliyinin ən əhəmiyyətli məsələlərindən biri isə BMT-nin baş katibliyinə namizədlərlə bağlı səsvermənin keçirilməsidir.

BMT TŞ-yə sədrlik 15 üzv arasından əlifba sırası ilə müəyyənləşir. Sədrlik 1 ay çəkir.  

Əsas mövzular