Qarabağ münaqişəsi ABŞ-ın dəstəyi ilə ədalətli həll oluna bilər

© AFP 2023 / Brendan SmialowskiVaşinqton Ağ Ev
Vaşinqton Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Ziyafət Əsgərov ABŞ qanunvericiləri ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bizim inkişafımıza mane olduğunu deyib.

BAKI, 29 sen-Sputnik. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın qərb regionundan olan qanunvericilərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Sputnik Milli Məclisin saytına istinadla xəbər verir ki, görüşdə Ziyafət Əsgərov Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən birinin ABŞ olduğunu xatırladıb.
Bu gün Azərbaycanla ABŞ-ın strateji tərəfdaş olduğunu vurğulayan Əsgərov deyib: "ABŞ həmişə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələrə dəstək verib və bu layihələr uğurlu olub."

Vitse-spiker hazırda Azərbaycanın öz tolerantlığı ilə seçilən ölkələrdən biri olduğuna diqqət çəkib: "Azərbaycan müasir müsəlman dövləti olsa da, burada yəhudilər, xristianlar — pravoslavlar və katoliklər qardaş kimi yaşayırlar. Biz demokratik, dünyəvi, insan hüquqlarına hörmət edən ölkə qurmuşuq. Lakin uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır."

Əsgərov münaqişənin həlli üçün beynəlxalq hüququn işləməsinin və ABŞ-ın dəstəyi ilə ədalətin bərpa olunmasının vacibliyini diqqətə çatdırıb.
Söhbət zamanı qonaqlara Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı barədə də məlumat verilib. Görüşdə ABŞ qanunvericilərini maraqlandıran suallara cavab verilib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0