Uruqvay Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir

Abunə olmaq
İlham Əliyev: Azərbaycanda millətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi üçün çox böyük işlər görür.

BAKI, 28 sen-Sputnik. Azərbaycan prezidentin İlham Əliyev Azərbaycanda millətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi üçün çox böyük işlərin görüldüyünü deyib.

Sputnik president.az saytına istinadla xəbər verir ki, Əliyev bu gün Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qəbulda dövlət başçısı V Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvayın yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb.

Forumda müzakirə ediləcək məsələlərin bütün ölkələr üçün əhəmiyyətli olacağını qeyd edən dövlət başçısı Azərbaycanla Uruqvayın o qədər də yaxın olmayan bölgələrdə yerləşməsinə baxmayaraq, əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Dövlət başçısı, eyni zamanda, səfərin Uruqvay nümayəndə heyətinin ölkəmizlə yaxından tanış olması üçün də yaxşı fürsət yaradacağına əminliyini söyləyib.

Xerardo Amarilya isə V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğulayıb. O, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini deyib. Uruqvaylı qonaq ölkəsinin növbəti aylarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayacağını da diqqətə çatdırıb.

Xəbər lenti
0