CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Həsənov Çexiya müdafiə nazirinin müavini ilə görüşüb

© Photo : mod.gov.azAzərbaycanın Müdafiə naziri Çexiya Müdafiə nazirinin müavini ilə görüşüb
Azərbaycanın Müdafiə naziri Çexiya Müdafiə nazirinin müavini ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

BAKI, 28 sen — Sputnik. Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyində müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çexiya Respublikası müdafiə nazirinin müavini Yakub Landovski ilə görüşüb. Sputnik Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Xəbər lenti
0