CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Esse müsabiqəsi elan olundu

© Photo : PUBLİC DOMAİNTürkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar
Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədi ilə həyata keçirilir

BAKI, 28 sen — Sputnik. Yunus Emre İnstitutu "Tanpınarı kəşf edirəm" adlı esse yarışması elan edib. İnstitutdan Sputnik-ə verilən məlumata görə, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədiylə həyata keçirilir.

Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Nazirlik müsabiqə elan edir

Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7000 işarədən başlayıb, 10000-dən artıq olmayan, Times New Roman şrifti ilə yazılmış esselər qəbul olunacaq.

Müraciət üçün:

E-mail: tanpinarbaku@gmail.com

Müsabiqəyə esse göndərən müəlliflərdən həmçinin;

* tərcümeyi-hal,
* e-mail ünvanı,
* əlaqə nömrəsi tələb olunur.

Yarışmada iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Müraciət üçün son tarix: 15 noyabr 2016-cı il

Müsabiqədə yarışan esselər Türkiyənin və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək.

Yarışmanın nəticələri 15 dekabr 2016-cı ildə Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq.

İnstitut esseləri qalib elan olunacaq 5 müəllif üçün mükafat olaraqTürkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib.

(Səyahət 2017-ci ilin may ayında baş tutacaq)

Ünvan: Rəşid Beybudov küçəsi 142
Tel. (+994 12) 440-31-05
Qeyd edək ki, "Qanun" nəşriyyatı tərəfindən yarışma müddətində Əhməd Hamdi Tanpınarın kitablarının satış qiymətinə endirim elan olunub. Kitabları Bakı, Az1102, Tbilisi pros., 76 ünvanında 6 AZN-ə əldə edə bilərsiz. Tel.: (+994 12) 431-16- 62; Mob.: (+994 55) 212-42-37

Xəbər lenti
0