CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağış yağmaqda davam edəcək

Abunə olmaq
Şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz yağıntılarda qısamüddətli fasilə yaranacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 28 sen — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 29-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz yağıntılarda qısamüddətli fasilə yaranacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Xəbər lenti
0