CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava yenidən dəyişəcək

Abunə olmaq
Şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 27 sen — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək.

Parçalı-buludlu hava - Sputnik Azərbaycan
Sabah hava yağmursuz keçəcək

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 28-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 19-24, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: Yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti
0