CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt yolu yenidən bağlanacaq?

© Sputnik / Xalid MammadovBakı-Sumqayıt yolunda tıxac
Bakı-Sumqayıt yolunda tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Nəcəfli: "Piyada keçidi bu ilin sonunadək tam təhvil veriləcək. Ola bilər, 1-2 aya bitsin"

BAKI, 23 sen — Sputnik. Bakı-Sumqayıt yolunun 12-ci km-də ("Xırdalan qəbirstanlığı") yerüstü piyada keçidinin inşası ilə əlaqədar olaraq həftəsonu sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək. Bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik-ə açıqlamasında deyib.

© Photo : APAAzər Nəcəfli
Azər Nəcəfli - Sputnik Azərbaycan
Azər Nəcəfli

A. Nəcəfli bildirib ki, ötən həftə yerüstü piyada keçidinin metal konstruksiyasının quraşdırılması ilə əlaqədar olaraq orada nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilmişdi: "Başqa işlər nəqliyyatın hərəkətinə mane olmadan davam etdiriləcək. Piyada keçidi bu ilin sonunadək tam təhvil veriləcək. Ola bilər, 1-2 aya bitsin, yəni havalardan çox şey asılıdır. Çünki, açıq hava şəraitində işlər aparılır. Amma ilin sonuna kimi təhvil veriləcək".

Xatırladaq ki, Bakı-Sumqayıt yolunun 12-ci km-də ("Xırdalan qəbirstanlığı") yerüstü piyada keçidinin metal konstruksiyasının quraşdırılması ilə əlaqədar olaraq, sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Sentyabr ayının 17-si saat 12:00-dan etibarən yolun Bakı şəhəri istiqamətinə doğru olan hissəsi, 18 sentyabr saat 07:00-dan isə Sumqayıt şəhəri istiqamətinə doğru olan hissəsi hərəkət üçün qısa müddətlik bağlanıb. Məhdudiyyət sentyabr ayının 18-dən 19-na keçən gecəyədək tətbiq olunub.

Xəbər lenti
0