CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt nəqliyyatında bəzi yeniliklər tətbiq olunacaq

© Sputnik / Ismayil Rafigogluİctimai nəqliyyat
İctimai nəqliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhərinin inzibati ərazisində mövcud olan əksər dayanacaqlarda yeni məlumat lövhələrinin quraşdırılacaq

BAKI, 22 sen — Sputnik. Bakıda hər bir dayanacaqda xüsusi məlumat lövhələri quraşdırılacaq. Lövhələrdə dayanacağın yerləşdiyi küçə və prospektdən keçən marşrut xətləri, avtobuslararası interval, həmçinin hər bir marşrut xətti üzrə mövcud dayanacaqlar barədə məlumat əldə etmək mümkündür. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

BakıKart - Sputnik Azərbaycan
İctimai nəqliyyatda gediş haqqı ilə bağlı yenilik

İlkin mərhələdə bu tip məlumat lövhələrinin paytaxtın əsas küçə və prospektlərində quraşdırılmasına başlanılıb. Qısa vaxtda isə Bakı şəhərinin inzibati ərazisində mövcud olan əksər dayanacaqlarda yeni məlumat lövhələrinin quraşdırılması təmin ediləcək. Bakı şəhərinin inzibati ərazisində, xüsusən də nəqliyyat vasitələrinin və sərnişin axınının sıx olduğu yerlərdə hərəkətin təhlükəsizliyini və intensivliyini təmin etməyə imkan verən avtobus dayanacaq ciblərinin salınması prosesi ilə bağlı da ciddi iş aparılır.

Bakı Nəqliyyat Agentliyinin xüsusi ekspert qrupunun apardığı təhlillərə əsasən, Bakı Nəqliyyat Agentliyinin, "Azəravtoyol" ASC-nin və Nizami Rayon İH-nin birgə işi nəticəsində daha iki ərazidə — Qara Qarayev prospekti (8-ci km bazarından metronun "Neftçilər" stansiyasına gedən yolda) və Rüstəm Rüstəmov küçəsində ("Dakar" meydanından Bakıxanov qəsəbəsinə gedən yolda) avtobus cibi salınıb. Sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək.

Avtobusların ciblərdən kənar yerdə saxlamasının qarşısını almaq, onların qrafikinin tənzimlənməsi və buna uyğun hərəkətinə nəzarət etmək məqsədilə adıçəkilən küçə və prospektə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları cəlb edilib.

Bununla yanaşı, əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib. Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək.

Eyni zamanda, Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin ciblərə eyni vaxtda bir neçə marşrut xətti üzrə avtobusların daxil olaraq sıxlıq yaratmasının qarşısını almaq məqsədilə, daxil olacaq marşrut xətləri üçün qrafiklər işlənib hazırlanır.

Xəbər lenti
0