CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

IV Rusiya-Azərbaycan Gənclər Forumu keçiriləcək

© Sputnik / Murad OrujovRusiya və Azərbaycan bayraqları
Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Forumun məqsədi iki ölkə gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsindən ibarətdir.

BAKI, 22 sen — Sputnik. Bu gündən başlayaraq Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" IV Rusiya-Azərbaycan Gənclər Forumu keçiriləcək. Azərbaycan Respublikasının nümayəndə heyəti də Foruma qatılacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 25 sentyabr tarixinədək davam edəcək forumun məqsədi iki ölkə gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin regionun dinc və davamlı inkişafında məsuliyyətinin artırılmasından ibarətdir.

Forumda Azərbaycan Respublikası və Rusiya Federasiyasının gənclər sahəsinə cavabdeh dövlət orqanlarının və qeyri-hökumət təşkilatları nümayəndələrinin, ictimai fəal gənclərin, gənc alimlərin və tədqiqatçıların iştirakı nəzərdə tutulub.

Qeyd etmək istərdik ki, bu ilki Forum 2011-ci və 2012-ci illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı şəhərində, daha sonra isə 2013-cü ildə Rusiya Federasiyası Çeçenistan Respublikasının Qrozniy şəhərində keçirilmiş "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı Forumların davamıdır.

Xəbər lenti
0