11:47 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
1273762

Müəyyənləşdirmək mümkün olub ki, məzardakı bütün qalıqların haploqrupları bir-birinə oxşardır və onların hamısı eyni gen dəstinə aid analoji mutasiyalardır

BAKI, 20 sen — Sputnik. Monqolustan və Cənubi Koreyadan olan genetiklər, Monqol İmperiyasının qurucusu və birinci böyük xanı Çingizxanın və onun qohumlarının qəbrini araşdırıblar. Nəticədə alimlər monqol-tatar ordasının xanının irqi ilə bağlı maraqlı iddia ortaya atıblar.

Mütəxəssislər Monqolustanda Çingizxan klanının gerbi ilə bəzədilmiş Tavan Tolqa kurqanından 4 kişi və 3 qadın skeleti tapıblar. Məzarlıq ərazisində tapılan əşyaların və zərgərlik məmulatlarının radiokarbon analizi nəticəsində dəfn edilmiş cəsədlərin yaşını müəyyən etmək mümkün olub.

Tədqiqatçıların sözlərinə görə, kurqanda dəfn edilən şəxslər Böyük Çingizxan və onun uşaqlarının zamanına (1130-1250) aiddir. Onu da müəyyənləşdirmək mümkün olub ki, məzardakı bütün qalıqların haploqrupları bir-birinə oxşardır və onların hamısı eyni gen dəstinə aid analoji mutasiyalardır.

Çingizxan indiyə qədər Asiya haploqrupuna aid edilirdi. Alimlərin son araşdırması isə göstərir ki, monqol-tatarların öndəri Avropa əsilli olub.

Əlaqədar

Paytaxtda qəbiristanlıq təlaşı: "Kim razı olar ki, atasının qəbrini söksünlər?!"
Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq aşkar edilib
Bizim qəbristanlıqlar artıq mavzoleyə çevirilib
Azərbaycanda qəbiristanlıq yandı
Bunu da gördük: ən sürətli qəbir qazma yarışı keçirilib
Teqlər:
Monqol İmperiyası, Monqolustan, məzar, qəbir, Cənubi Koreya

Əsas mövzular