06:46 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Международный аэропорт Ататюрк – крупнейший небесный причал Турции. Архивное фото

Atatürk hava limanı rekorda imza atıb

© REUTERS / Murad Sezer
XƏBƏRLƏR
Qısa URL
3401

Atatürk hava limanı bir gündə 1500 təyyarə qəbul edib və yola salıb.

BAKI, 19 sen-Sputnik. Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk hava limanı ötən gün öz tarixində yeni rekorda imza atıb.

Sputnik-in məlumatına görə, Atatürk hava limanı bir gündə 1500 təyyarə qəbul edib və yola salıb. Bunlardan 749-u yola salınıb, 751-i isə qəbul edilib.

Bir gün ərzində Atatürk hava limanında xidmət göstərilən sərnişinlərin sayı 156 min 941 nəfər olub. Bununla da Atatürk hava limanı öz tarixində yeni rekorda imza atıb.

Qeyd edək ki, Atatürk hava limanı 2015-ci ilin statistikasına görə, dünyanın 11 ən çox sərnişin və təyyarə trafiki olan limandır. Bu hava limanı 1953-cü ildən beynəlxalq hava limanı kimi fəaliyyət göstərir. 29 iyul 1985-ci ildə bura Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şərəfinə onun soyadı ilə adlandırılıb. 

Əlaqədar

Hava limanı sərnişinlərin yükünü evə pulsuz çatdıracaq
"Aclıq keçirən" Şimali Koreyada müasir hava limanı istifadəyə verildi
Atatürk hava limanına ildırım düşüb
Teqlər:
İstanbul, Türkiyə, Atatürk Beynəlxalq Hava Limanı

Əsas mövzular