CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tutqun və yağışlı hava şəraiti gözlənilir

© Photo : Irade CelilBakıda yağış
Bakıda yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 15 sen — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 24-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-27, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.

Xəbər lenti
0