BŞTİ rəhbəri I sinfə qəbulun qeyri-şəffaf keçdiyini deyib

© reportMəktəb
Məktəb - Sputnik Azərbaycan
Abunə olmaq
Məhəbbət Vəliyeva: Məktəb rəhbərliyi və müəllimlər valideynlərin arzusundan gəlir əldə etmək məqsədi güdürlər.

BAKI, 14 sen-Sputnik. "Təhsildə yüksək keyfiyyətə mane olan amilləri aşağı siniflərdə axtarmaq lazımdır. Nəzərə çarpacaq səbəblər arasında müəllimlərin keyfiyyətsiz dərs keçməsi, idarəetmədə boşluqların olması, istər məktəb rəhbərliyi, istərsə də valideynlər tərəfindən zəifliyin olmasını qeyd etmək olar".

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Aparılan təhlillərin nəticələrini açıqlayan müdirin sözlərinə görə, ən ciddi problemlərdən biri bəzi hallarda ibtidai sinif müəllimlərinin uşaqlar qarşısında məktəbəhazırlıq proqramın tələblərindən artıq tələblər qoymasıdır.

Onun sözlərinə görə, problemin həlli yollarından biri müəllimlərin əlavə təlimlərə cəlb olunmasıdırsa, ikinci həll yolu məktəb rəhbərlərinin proqramın tələblərinin yerinə yetirilməsinə nəzarətin ciddi şəkildə artırılmasıdr:

"Təəssüf hissi ilə bildirirəm ki, əhalinin rahat istifadəsi üçün yaradılan, eyni zamanda, təhsil sisteminin özü üçün də bir çox üstünlüklərə malik olan sistem birinci sinfə qəbul prosesindəki neqativləri tam aradan qaldırılmağa imkan vermir. Belə ki, qəbul prosesinin yerlərdə qeyri-şəffaf keçirilməsi, xüsusilə uşaqların siniflər üzrə komplektləşdirilməsi prosesində məktəb rəhbərliyinin, bəzi hallarda, hətta müəllimlərin valideynlərin arzusundan gəlir əldə etmək məqsədi ilə istifadə etməsi ilə bağlı narazılıqlar əhali arasında bu gün də səsləndirilir".

M.Vəliyeva qeyd edib ki, 2016-2017-ci tədris ilində məktəbəhazırlıq qruplarını bitirərək 1-ci sinfə sertifikatla qəbul olan 6 yaşı tamam olmuş uşaqların sayı ötən tədris ili ilə müqayisədə 8,9 faiz, 6 yaşı tamam olmayıb 1-ci sinfə sertifikatla qəbul olan uşaqların sayı 47,6 faiz artıb. Onun sözlərinə görə, bu il ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların I sinfinə 45781 uşaq qəbul olub. Bu il I sinfə qəbul olunanların 88 nəfəri 8 yaşdan yuxarı olan uşaqlardır.

Xəbər lenti
0