CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həsrət və kədəri unutduran qidalar

Yemək
Yemək - Sputnik Azərbaycan
Abunə olmaq
Yediyiniz qidalar sınmış qəlbinizi yaxşılaşdırmağa kömək edə bilər

BAKI, 11 sen — Sputnik. Boşanma, ayrılıq insanın daha çox stressə yaşamasına, depressiyaya düşməsinə səbəb olur. Təəssüf ki, bu ağrını heç bir dərmanla sağaltmaq mümkün deyil. Ayrılıq və xəyanət ağrısı zamanla keçir… Lakin həyat tərzini dəyişmək, əyləncələrə çox yer vermək, dostlarla görüşmək, söhbətləşmək depressiyadan çıxmağa qismən kömək edir. Bundan başqa, seretonin hormonunun səviyyəsini artıraraq xoşbəxtlik gətirən qidalar da ayrılıq ağrısından yavaş-yavaş azad olmağa kömək edə bilir.

Böyrək ağrısı - Sputnik Azərbaycan
Bu iki qida böyrəklərimizi məhv edir

Stressli vaxtlarda adətən yüksək kalorili yeməklərə yönəlirik. Bu yeməklər isə kökəlməyə səbəb olduğu üçün bir müddət sonra bizi ikiqat stressə salır. Sputnik publika.az-a istinadən xarici mətbuata istinadən ayrılıq ağrısından əziyyət çəkənlərə daha yaxşı təsir edən, eyni zamanda daha az kalorili 5 qidanın faydalarını təqdim edir:

1. Qızılbalıq: Ümumiyyətlə, qızılbalıq kimi yağlı balıqlar adrenalin səviyyəsini nəzarət altında saxlayaraq insanı sakitləşdirir. Omeqa-3 yağ turşuları da əhvalı yaxşılaşdırır. Bundan başqa, daha sağlam dəri və saçlara qovuşdurur. Beləcə, gözəl görünüşünüzlə yeni birinin diqqətini çəkmək sizə də zövq verəcək.

2. Badam: Ayrılmaq və ya boşanmaq stressə səbəb olur. Badam isə immun sistemini gücləndirir. Badamın tərkibinə E vitaminləri və sink ilə zəngin antioksidantlar daxildir. Bundan başqa, badamda doymamış və sağlam yağlar olur. 30 qramında 163 kalori və 12 qram yağ olduğu üçün həddini aşmaq olmaz. Qoz, fıstıq da eyni funksiyanı yerinə yetirir və əhvalı yüksəldir.

3. Qatıq: Stressli anlarda mədə şikayətləri çoxalır. Daha tez-tez qarın ağrısı yaşayırıq, ishal da ola bilər. Qatıqda olan aktiv maddələr mədə problemlərinin yaranmasını əngəlləyir. Eyni zamanda, ehtiva etdiyi probiotiklər həzm sistemini tənzimləyir, orqanizmi zülal və kalsiumla təmin edir. Kefir, donmuş qatıq da adi qatıq qədər faydalıdır.

4. Tünd şokolad: Tünd şokoladın stress səviyyəsini aşağı saldığı sübut olunmuş faktdır. Şokolad xoşbəxtlik hormonu olan serotinini artıran şəkərdən və kakaodan ibarətdir. 30 qramı 150 kalori və 9 qram da yağ daşıdığı üçün qədərindən artıq yemək olmaz.

5. Tam taxıllı səhər yeməkləri: İnsanların çoxu özünü yaxşı hiss etmədiyini düşündüyü üçün yüksək karbohidratlı yeməklərə yönəlir. Bunun səbəbi belə qidanı istehlak etdikdə beyinin özümüzü yaxşı hiss etməyimizi təmin edən serotonin ifraz etməsidir. Amma bir çox insan ifrata qaçır. Karbohidrat istehlak etmək əvəzinə, tam taxıllı qidalara üstünlük verin. Beləliklə, daha sağlam qidalanar və stressi azaltmış olarsınız. Özünüzü stressli hiss etdikdə bir kasa yağsız süd ilə tam taxıllı səhər yeməyi yeyin.

Bundan başqa, bu qidalar fiziki fəallığı da yüksəldir, bədəni gümrahlaşdırır. Özünüzü gün ərzində enerjili hiss edirsiniz.

Nə yediyinizdən ziyadə necə yediyiniz də əhəmiyyətlidir. Bunun üçün bir neçə taktika:

1. Birinci növbədə yemək istədiyinizdən əmin olun. Bunun üçün aclıq səviyyənizi 1-dən 10-a qədər ölçün. 10- ən çox yemək istədiyiniz vəziyyətdir. Son yediyiniz zamanı düşünün. Əgər həqiqətən acmısınızsa, yeməyə başlayın. Əgər sadəcə stressə bağlıdırsa, gəzintiyə çıxın, ilıq duş qəbul edin və ya stressdən başqa bir variantla xilas olun.

2. Özünüz üçün dinc, sakit və səssiz bir mühit yaradın. Yemək vaxtı bütün elektrik alətlərini söndürün. İnternet və s. 30 dəqiqə gözləyə bilər. Yemək kefini ailəniz və dostlarınız ilə birlikdə çıxarın, bol-bol söhbət edin.

3. Tez-tələsik yemək ən pis vərdişlərdən biridir, sadəcə stressli şərait yaradır. Gün ərzində çərəzlər üçün 5-10 dəqiqə, əsas yemək üçün isə 20-30 dəqiqə vaxt ayırın.

Xəbər lenti
0