CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt və bölgələrdə yağış yağacaq

© Sputnik / Murad OrujovBakıda yağış
Bakıda yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

BAKI, 11 sen — Sputnik. Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin regionlarında gözlənilən hava şəraiti açıqlanıb. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumtına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Xəbər lenti
0