CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə maşın sürənləri cəza gözləyir

CC0 / jarmoluk / водительGecə avtomobil idarə etmək
Gecə avtomobil idarə etmək - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi: "İşıq cihazlarından düzgün istifadə etməyən sürücülər 30 manat məbləğində cərimələnəcəklər"

BAKI, 7 sen — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DİN BDYPİ) sürücülərə xəbərdarlıq edib. İdarənin mətbuat xidmətindən Sputnik-ə daxil olan məlumatda deyilir: "Payız fəslində sutkanın qaranlıq vaxtı çoxalır. Bu günlərdə bölgələrdə istirahətdə olanların Bakıya və digər şəhərlərə axını başlayır. Əksər sürücülər gecə vaxtı yola çıxdığı üçün yollarda müxtəlif problemlərlə rastlaşırlar".

Yol polisi - Sputnik Azərbaycan
HADİSƏ
22 mindən çox sürücü məsuliyyətə cəlb olundu

İdarənin məlumatına görə, sürücüləri narahat edən məsələlərdən biri də qarşılıqlı hərəkət zamanı işıq sistemindən düzgün istifadə edilməməsidir: "Çünki bəzi sürücülər avtomobilin uzaq işıqlarından harada gəldi, istifadə etdiyi üçün başqalarına çətinlik yaradırlar".

Bütün bunları nəzərə alaraq BDYPİ sürücülərin diqqətinə çatdırır ki, «Yol hərəkəti haqqında» Qanunun 73-cü maddəsinin 4-cü bəndinə görə, uzaq işıqlardan davamlı istifadə etmək qadağındır: "Belə ki, uzaq işıq yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda, yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə, yaxın işığa keçməlidir. Bundan əlavə, sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə, azı 150 metr qalıbsa, uzaq işıqlar yaxın işıq rejiminə keçirilməlidir".

"Ümumiyyətlə isə qanunvericilik tələb edir ki, yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda uzaq işıq yaxın işığa keçirilməlidir. Bu isə o deməkdir ki, sürücülər təkcə qarşıdan nəqliyyat vasitəsi gəldikdə yox, həm də yolun hərəkət hissəsində piyada, at arabası, mal-qara ötürən olduqda da işıq cihazlarından qanunun tələbinə uyğun istifadə etməlidir", — xəbərdarlıqda qeyd olunur.

Baş Dövlət Yol Polisi İdarəsi başqa nəqliyyat vasitəsinin uzaq işığının təsirindən gözü qamaşan sürücülərin diqqətinə çatdırır ki, bu halda qəza işıq siqnalını qoşmaq və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmaq lazımdır: "Arxadan gələn nəqliyyat vasitələrinin uzaq işıqları avtomobilin salonundakı və yan güzgülər vasitəsilə sürücünün diqqətini yayındırdıqda isə tövsiyyə olunur ki, sürücü mümkün qədər sürəti azaltsın, avtomobilin modelindən asılı olaraq güzgüləri gecə rejiminə keçirsin. DYP sürücüləri bu qaydalara əməl etməyə çağırır və bildirir ki, işıq cihazlarından düzgün istifadə etməyən sürücüləri 30 manat cərimə gözləyir".

Xəbər lenti
0