14:52 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Professor İlham Rəhimovun rus dilində çap olunmuş yeni kitabı Azərbaycan dilinə tərcümə edilib

BAKI, 5 sen — Sputnik. Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun "Юридический центр" nəşriyyatı tərəfindən rus dilində yeni çapdan çıxmış "О нравственности наказания" ("Cəzanın əxlaqiliyi haqqında") adlı kitabı Azərbaycan dilinə tərcümə edilib.

Sputnik xəbər verir ki, "Cəzanın əxlaqiliyi haqqında" monoqrafiya cəzanın fəlsəfi mahiyyəti haqqında müəllifin əvvəllər "Cinayət və cəza" (M., 2012), "Cinayət və cəzanın fəlsəfəsi" (СПб, 2013) kitablarında ifadə edilmiş düşüncələrinin davamıdır. Əsərdə isbat edilir ki, hüquq elmi yalnız cəzanın formal tərifini verə bilər, bundan artığına qadir deyil. Bu fenomenin mahiyyəti haqqında fəlsəfi araşdırma isə onun əxlaqi tərəfinə müdaxiləyə cəhd etməyə, kateqoriyaların fəlsəfi fikir əsasında işlənib hazırlanmasına imkan verir.

Cəzanın əxlaqiliyi haqqında
© Photo : İllustrasiya
"Cəzanın əxlaqiliyi haqqında"

Cəzalandırmaq, xüsusən söhbət ölüm cəzasından gedirsə, əxlaqidirmi? Cəza əvəzçıxma, qorxutma, psixoloji təsir sayılırmı? Cəzanın əxlaqi əsası nədir? Cəmiyyət qarşısında qoyduğu məqsədə cəza vasitəsi ilə nail ola bilirmi? Müasir şəraitdə cəzadan imtina etmək mümkündürmü? Professor İ. Rəhimovun bu maraqlı əsərində cavab verməyə çalışdığı sualların tam olmayan siyahısını bunlar təşkil edir.

Kitab ali məktəblərin tələbələri, doktorantları və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşmış nəzəri və təcrübi işçilər, həmçinin filosoflar, sosioloqlar, psixoloqlar və cinayət, habelə cəza problemləri ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulub.

Əlaqədar

Putin İlham Rəhimovun şəriki olduğu mərkəzin açılışında iştirak edib
Qazaxda Səyyar Kitabxana təşkil olunub
"Kimya kitabı oğurlayan müğənnini bağışlamadım..."
Məşhur "Tarixi Nadir" haqda bilmədiyimiz faktlar – kitabın sahibi danışdı
Leyla Əliyevanın şeirlər kitabı işıq üzü gördü
Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı
İcazəsiz dini kitablarla bağlı reydlər başlayır
Teqlər:
əxlaq, "Cəzanın əxlaqiliyi haqqında", "Юридический центр", İlham Rəhimov, kitab, cəza

Əsas mövzular