09:18 20 Oktyabr 2017
Canlı yayım
Mardan Palace hoteli

Telman İsmayılovun məşhur hotelində "bunt" qalxıb

© Foto: turkey.grandtour.ru
XƏBƏRLƏR
Qısa URL
145 0 0

Hotelin işçiləri aylarla maaş ala bilmədiklərini bəyan edərək aksiyaya başlayıblar

BAKI, 5 sen — Sputnik. Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılovun 1.4 milyard dollar xərcləyərək, dünya səviyyəli ulduzlarla açılışını etdiyi, Antalyadakı "Mardan Palace" hotelində "üsyan" baş qaldırıb. Belə ki, 160 işçi may ayından bu yana pullarını ala bilmədiyi üçün aksiya keçirir.

Sputnik hurriyet-ə istinadla xəbər verir ki, 2009-ci ildə açılışı olan "Mardan Palace" hotelində çalışan 800-dən çox işçidən 160-ı maaş ala bilmədiyini bildirir və bunun üçün etiraza qalxıb. May ayından bu yana ödənişlərini almadıqlarını deyən işçilər, 4 gündür hoteldə işi buraxaraq aksiya keçirirlər.

"İnqilabçı Turizm İşçiləri İttifaqının" baş direktoru Mustafa Yahyaoğlu həmin işçiləri ziyarət edib. Yahyaoğlu ödənişlərinin verilməməsi səbəbindən 160 işçinin işi dayandıraraq aksiya keçirmək qərarı verdiyini söyləyib.

Telman İsmayılov
rferl.org
Telman İsmayılov

Hotelin dolu olmasına baxmayaraq işçilərin pulunun ödənilmədiyini iddia edən Yahyaoğlu, işləməyən işçilərin yerinə əlavə işçilərin günlük çalışdırıldığını söyləyib.

Borc səbəbindən, məhkəmə yolu ilə "Xalq Bankı"na satılan hotelin satış tenderinin ləğvi üçün açılan iddia davam edir. İnşasına 1 milyard 400 milyon dollar xərclənməsi ilə gündəmə gələn hotel 2010-ci ildə dünyanın ən lüks oteli seçilmişdi.

Əlaqədar

Telman İsmayılov rəsmən müflis elan olundu
Telman İsmayılov Vladimir Putini devirmək cəhdində ittiham olunur
Telman İsmayılova növbəti zərbə
Telman İsmayılovun müflisliyi ilə bağlı məhkəmə prosesi təxirə salınıb
Telman İsmayılovun “Mardan Palace” oteli müsadirə olunacaq
Teqlər:
aksiya, maaş, etiraz, Antalya, hotel, "Mardan Palace", Telman İsmayılov

Əsas mövzular